Məktəblilərin yeni davranış qaydaları özünü doğruldarsa, 2023-24-cü ildə tətbiq olunması planlaşdırılır.
AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə sualları cavablandırarkən bildirib.
“Qayda 300-dən artıq məktəbdə tətbiq olunmağa başlayıb, Təhsil İnstitutuna tapşırılıb ki, müşahidə aparılsın. İlin sonu topanılmış məlumatlar əsasında özünü doğruldarsa, son düzəlişlər edilərək 2023-24-cü ildə tətbiq ediləcək. Əgər özünü doğrultmasa, pilot layihə uzadıla bilər.”