Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Əli Əliyev Kanadanın nüfuzlu Toronto Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olunub.
AzEdu.az xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov bildirib.
O deyib ki, Əli Əliyev illik 32 256 Kanada dolları təqaüd qazanaraq Kimya mühəndisliyi və tətbiqi kimya ixtisasında təhsilini davam etdirmək imkanı əldə edib.
Əli Əliyev BANM-ə 2019-ci ildə müsabiqədənkənar qəbul olunub. O, Beynəlxalq Kimya Olimpiadasının qalibi olub.