Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələrini fevralın 21-də elan etdi. Hazırda nəticələr üzrə statistik təhlil işləri aparılır.
Bunu AzEdu.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.
O deyib ki, magistratura pilləsi üzrə birinci cəhd qəbul imtahanlarının nəticələrinin statistik təhlilinin gələn həftəyə yekunlaşması nəzərdə tutulur.
“Ancaq təhlildən sonra bəzi suallara cavab tapa biləcəyik”, - deyə o vurğulayıb.