Azedu.az

Aspirantura ləğv olunmayacaq

23 Fevral 2023, 08:50
Aspirantura ləğv olunmayacaq

Bir müddət əvvəl Rusiyada aspiranturaların ləğ ediləcəyi barədə ciddi söz-söhbət gəzirdi. Bunu Rusiyanın Bolonya təhsil siteminə qoşulması ilə əlaqələndirirdilər. Çünki bu sistem bakalavriatura, magistratura və doktorantura təhsil pillələrini əhatə edir və orada aspiranturaya yer yoxdur. Amma deyəsən bu ildən sonra vəziyyət tamam dəyişəcək.

AzEdu.az xəbər verir ki, Rusiyada aspiranturanın ləğv edilməsi istiqamətində müzakirələr getdiyi bir vaxtda bu ölkəni Bolonya təhsil sistemindən çıxardılar. Əsas kimi Rusiya universitetləri rektorları cəmiyyətinin Putinin Ukraynaya hücumunu dəstəkləməsini göstərdilər.

İndi Bolonya təhsil siteminin  əsas atributu olan doktorantura və magistraturanın saxlanılıb-saxlanılmayacağı barədə müzakirələr gedir. Prezident Vladimir Putinin Federal Məclisə müraciətində təhsil siyasəti də öz əksini tapıb. Rusiya prezidenti iki pilləli təhsil sisteminin saxlamasını hələlik məqsəduyğun bilib.

Rusiya elm və təhsil naziri Valeri Falkov da aspiranturaların ləğv olunmayacağını bildirib.

Respublikamızda isə Bolonya təhsil sisteminin tələblərinə uyğun olaraq aspiranturalar ləğv olunub. Azərbaycanda bakalavriat, magistratura və doktorantura təhsil pillələri tətbiq olunur.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox