Azedu.az

Məktəblərdə Xocalı soyqırımına aid dərslər təşkil olunacaq

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

22 Fevral 2023, 11:00
Məktəblərdə Xocalı soyqırımına aid dərslər təşkil olunacaq

"Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmri imzalanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

 

Bildirilib ki, əmrə əsasən, fevralın 24-ü və 25-i təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər təşkil olunacaq.

 

Həmçinin təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlərin təşkil edilməsi nəzərdə tutulur.

 

Bundan əlavə, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil ediləcək, sənədli və bədii filmlər nümayiş olunacaq.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox