Azedu.az

Müddətli müqavilə ilə işə qəbulun ikinci turu üzrə nəticələr məlum olub  

MİQ

17 Sentyabr 2018, 12:48
Müddətli müqavilə ilə işə qəbulun ikinci turu üzrə nəticələr məlum olub  

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun ikinci turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

AzEdu.az xəbər verir ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 489 namizəd uğur qazanıb.

Müəllim adını qazanmış şəxslər sentyabrın 18-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə üçüncü tur həyata keçiriləcək. Üçüncü tura elektron sənəd qəbulu isə 22-23 sentyabr tarixlərində aparılacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox