Azedu.az

Naxçıvanda iki məktəbli dəm qazından zəhərlənib

Məktəblər

Araşdırma

Tələbə və şagird

19 Fevral 2023, 12:02
Naxçıvanda iki məktəbli dəm qazından zəhərlənib

Naxçıvan şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

 

AzEdu.az xəbər verir ki, hadisə Naxçıvan şəhəri Afiyəddin Cəlilov bina 19, ev 5 ünvanında qeydə alınıb.

 

Şəhər sakinləri 1951-ci təvəllüdlü Dilbər Tomayeva və nəvələri 2008-ci il təvəllüdlü Dilbər Tomayeva, 2010-cu il təvəllüdlü Jalə Tomayeva yaşadıqları evdə dəm qazının sızması nəticəsində zəhərləniblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti sabitdir.

 

Faktla bağla araşdırma aparılır.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox