Azedu.az

DİM-də bu fənlərin imtahan tapşırıqları müzakirə edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

Psixoloji xidmət

18 Fevral 2023, 10:17
DİM-də bu fənlərin imtahan tapşırıqları müzakirə edilib

Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclaslarda sınaq imtahanında müvafiq fənlər üzrə istifadə olunmuş tapşırıqlar müzakirə edilib.

 

Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı təkliflər verilib.

 

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox