Dövlət qulluğu imtahanında uğur qazanmış nazmizədlərin serifikatlarını haradan və hansı formada əldə edəcəyi barədə suallar var.
AzEdu.az ilə bununla bağlı suallarına aydınlıq gətirir.
Uğur qazanmış namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından əldə edə bilər.
Bundan başqa DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə etmək mümkündür.