Azedu.az

Magistratura imtahanında iştirak edəcək bakalavrların nəzərinə!

Universitetlər

Tələbələr

13 Fevral 2023, 10:47
Magistratura imtahanında iştirak edəcək bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına  qəbul imtahanı (I cəhd) 19 fevral 2023-cü il tarixində keçiriləcək.

 

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=73 linkinə daxil olmalıdırlar.

 

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 

Rusiya sərsəmlədi - Bakını Ukraynanın taleyi gözləyir
Son xəbərlərDaha çox