Gündəlik məsələ fizika fənnindən 21 iyul 2022-сi il tarixində, rus dili (tədris dili) fənnindən isə 21 may 2022-сi il tarixində keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının müzakirəsi olub.
AzEdu.az xəbər verir ki, hər iki fənn üzrə iclaslarda qəbul imtahanlarında istifadə edilmiş 10 tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.
Müzakirə nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.
15 fevral 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.