Azedu.az

GRE imtahanı bu tarixdə keçiriləcək-DİM

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Fevral 2023, 15:45
GRE imtahanı bu tarixdə keçiriləcək-DİM

İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2023-cü il fevralın 7-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. 

 

İmtahan saat 09:00-da başlanır.

 

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox