Bu il Kürdəmir rayon, Bağman kənd tam orta məktəbinə qəbul olan bütün birincilər qızlardır.
Bu barədə AzEdu.az-a məktəbin direktoru Muxtar Əliyev məlumat verib.
Onun sözlərinə görə, kənddə bu il məktəb yaşına çatmış oğlan yoxdur:
“41 ildi ki, təhsil sistemində çalışıram, amma ilk dəfədir belə təsadüfə rast gəlirəm. Bu il məktəbimizə cəmi 6 nəfər 1-ci sinifə qəbul olunub, onların da hamısı qızdır. Məktəbdə ümumilikdə 71 nəfər şagird təhsil alır. Bu il cəmi 2-si oğlan, 5-i qız olmaqla 7 nəfər məzunumuz olub, onlardan 6 nəfəri ali məktəbə, 1-i isə orta ixtisas təhsil müəssisəsinə qəbul olunub. Birincilərin 6-sının da qız olması isə çox xoş təsadüfdür. İndiyə qədər belə halnan qarşılaşmamışdım".