AzEdu.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu ilin yanvar ayında 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Prezident yanında Ali Attestasiya Komissiyası 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru dərəcəsi verib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə imtina cavabı gəlib.
Bundan başqa, keçən ay 10 nəfərə dosent, 1 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 7 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə bu adın verilməsindən imtina edilib.