Azedu.az

Paytaxtda evdə güclü partlayış zamanı yaralanan əcnəbi tələbələrin vəziyyətləri AÇIQLANDI - YENİLƏNİB

31 Yanvar 2023, 12:24
Paytaxtda evdə güclü partlayış zamanı yaralanan əcnəbi tələbələrin vəziyyətləri AÇIQLANDI - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanlarının vəziyyətini açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan və Hindistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:

 

“Hadisə zamanı evdə olan bədən xəsarəti alan dörd nəfərin vəziyyəti orta-ağırdır. Üz, boyun, əl və ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər”.

 

Qeyd edək ki, Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.

 

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları - 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox