Azedu.az

Valideynlərinin imtina etdiyi məktəbli: “Ali təhsil almaq istəyirəm” - VİDEO

Məktəblər

31 Yanvar 2023, 12:11
Valideynlərinin imtina etdiyi məktəbli: “Ali təhsil almaq istəyirəm” - VİDEO

“Atamla anam boşandı, daha sonra ikisi də ayrı-ayrı adamlarla evləndilər, məndən imtina etdilər”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsi zamanı 17 yaşlı Fərid deyib.

 

O bildirib ki, ali təhsil almaq üçün kömək istəyir.

 

“10-cu sinifdə oxuyuram. Dərsdən sonra ofisiant işləyib, özümü dolandırmağa çalışıram. Ali təhsil almaq, alman dilini öyrənmək istəyirəm. Seçdiyim qrup üzrə məni pulsuz hazırlaşdıracaq müəllimlər olsa, çox sevinərəm”, - deyə o bildirib.

 

Daha ətraflı süjetdə:

//baku.tv/embed/71327

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox