Azedu.az

Hazırlıq kursunda növbəti məşğələ keçirilib-DİM

Dövlət İmtahan Mərkəzi (DİM)

25 Yanvar 2023, 13:52
Hazırlıq kursunda növbəti məşğələ keçirilib-DİM

Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.

 

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası kimya fənni olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.

 

Moderator Elşad Abdullayev kurs iştirakçılarının ev tapşırığı kimi təqdim etdikləri tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox