Azedu.az

BANM-da ilk dəfə olaraq, bu ölkənin tələbələri oxuyacaq – Təqaüdlərini BMT ödəyəcək

Universitetlər

14 Sentyabr 2018, 15:32
BANM-da ilk dəfə olaraq, bu ölkənin tələbələri oxuyacaq – Təqaüdlərini BMT ödəyəcək

“Bu ildən etibarən nigeriyalılar da BANM-da təhsil ala biləcəklər”

AzEdu.az xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbində keçirilən tədbir zamanı rektor Elmar Qasımov deyib. Onun sözlərinə görə, nigeriyalı tələbələrin burada oxuması üçün xüsusi şərtlər olacaq:

“BANM xarici ölkələr üçün də mühəndis kadrlar hazırlayacaq. Hər nigeriyalı gəlib burada oxuya bilməyəcək. Onların təhsil alması üçün xüsusi şərtlər, tələblər qoyulacaq. Onların təqaüdlərini isə Birləşmiş Millətlər Təşkilatı ödəyəcək”.

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox