Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibi olan “Psixoloji dəstəklə təhsilə şagird qazan” layihəsinin təlimləri uğurla davam etdirilir.
23 Yanvar 2023- cü il tarixdə Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbində "Məktəblilərin fərdi inkişaf bacarıqlarının formalaşdırılması" təlimlərinə start verildi.
Təlimdə Layihə Rəhbəri Z.Mirzəyev , ekspert F.Mirzəyeva və təlimçi RODOOS Training Consulting şirkətinin direktoru Rafət Şirəliyev və məktəb üzrə seçilən 30 şagird iştirak etdi.
Təlimdə təfəkkürün inkişafı, biliklərin yaradıcı tətbiqi, təfəkkürün müstəqillik və sərbəstliyi və.s. mövzusunda diskussiya, debat aparıldı.
Daha sonra keçirilən intellektual oyunlar şagirdlərin böyük marağına səbəb oldu. Təlim çərçivəsində şagirdlərə materiallar paylanıldı.
Sonda layihə çərçivəsində iştirak edən 30 şagird təltif edildi.