Azedu.az

Gəncədə tədris mərkəzində yanğın olub

24 Yanvar 2023, 15:06
Gəncədə tədris mərkəzində yanğın olub

Gəncə şəhərində tədris mərkəzində yanğın olub.

 

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 1140 kvadratmetr (hər mərtəbəsi 380 kv.m) olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 kv.m sahədə yanıb. Tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İrandan Türkiyəyə ŞOK ZƏRBƏ-Ağır döyüşlər gedir
Son xəbərlərDaha çox