Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihələrindən biri də “Bizim Şagirdlərdən Sosial İnnovasiyalar” layihəsidir.
Masallı şəhər 1 saylı tam orta məktəbin coğrafiya müəllimi Aynur Ələkbərlinin ideya müəllifi və rəhbəri olduğu layihə çərçivəsində maraqlı təlimlər həyata keçirilir.
A.Ələkbərlinin verdiyi məlumata əsasən, layihə bölgə məktəblilərinin gələcək karyeralarında onlar üçün vacib olan məsələlərlə tanış olub, bir çox vacib detalları öyrəniblər:
“Şagirdlərimiz layihə çərçivəsində startup və sahibkarlıq anlayışı ilə tanış oldular. Ölkəmizdə sahibkarlıq və Startup üçün imkanları öyrənib araşdırıb, qruplar şəklində ideyalar irəli sürüb təhlil ediblər. Bir-birindən fərqli və maraqlı Startup ideyaları yaratdılar. Ən əsası, layihəmizin mövzusuna uyğun Qarabağ regionuna uyğun müxtəlif ideyalar formalaşdırıb irəli sürürlər. Şagirdlərimizin bu istiqamətdə müxtəlif ideyalar formalaşdırmasına istiqamət verən təlimiçimiz Rafət Şirəliyevə təşəkkür edirik”.