Azedu.az

DQ və MİQ nəticələrinə görə dərs saatları bu cür hesablanır – Müəllimlərin diqqətinə

Məktəblər

Müəllimlər və elm adamları

Diaqnostik qiymətləndirmə

MİQ

14 Sentyabr 2018, 12:37
DQ və MİQ nəticələrinə görə dərs saatları bu cür hesablanır – Müəllimlərin diqqətinə

Dərs bölgüsü zamanı müəllimlərin dərs saatının hesablanması necə müəyyənləşdirilir?

AzEdu.az ixtisas balına uyğun olaraq dərs saatının necə nəzərə alındığını açıqlayır:

Diaqnostik Qiymətləndirmə zamanı müəllimlərə, ümumilikdə 60 olmaqla,  40 ixtisas, 20 ədəd isə kurikulumdan test tapşırığı təqdim olunur.

Müəllimlərin İşə Qəbul imtahanları zamanı isə müəllimlərə, ümumilikdə 60 olmaqla,  40 ixtisas, 10 kurikulum, 10 ədəd isə məntiqdən test tapşırığı təqdim olunur.

Müəllimlərin dərs yükü müəyyən edildiyi vaxt, onların dopladığı DQ və MİQ balı (ixtisas üzrə) nəzərə alınır. Beləki, müəllimin DQ və MİQ-də topladığı bal,

0-10 bal olduqda – 0-6 saat;
11-20 bal olduqda- 7 -8 saat;
21-30 bal olduqda – 9-12 saat;
31-35 bal olduqda – 13-18 saat;
36-40 bal olduqda – 18-36 saat dərs yükü müəyyən edilir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox