Azedu.az

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

18 Yanvar 2023, 15:06
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

İmtahanda 6 nəfər iştirak edib.

 

AzEdu.az xəbər verir ki, 2023-cü il yanvarın 18-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

İmtahanda 6 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

 

Növbəti TOEFL iBT imtahanının 4 fevral 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/toefl/

 
Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox