Azedu.az

“Yetkin yaşlı şəxslərin imtahan prosesində həyəcanı” mövzusunda vebinar-DİM

Dövlət İmtahan Mərkəzi (DİM)

17 Yanvar 2023, 15:13
“Yetkin yaşlı şəxslərin imtahan prosesində həyəcanı” mövzusunda vebinar-DİM
Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən “Yetkin yaşlı şəxslərin imtahan prosesində həyəcanı” mövzusunda vebinar keçirilməsi nəzərdə tutulub.
 
 
AzEdu.az xəbər verir ki, vebinarda yetkinlik yaşının xüsusiyyətləri, imtahanda emosional vəziyyətə təsir edə biləcək faktorlar, həyəcanla mübarizə texnikaları və tövsiyələr müzakirə olunacaq.
 
 
Bu görüş yetkinlik yaşına çatmış imtahan iştirakçıları üçün nəzərdə tutulub.
 
 
Vebinar 19 yanvar saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək.
 
 
Vebinara qeydiyyat üçün keçid rəy bölməsində təqdim olunub.
 
 
Görüşün “Zoom” linki yanvarın 19-da qeydiyyatdan keçmiş şəxslərin elektron poçtuna göndəriləcək.
Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox