Masallıda məktəbli qız intihara cəhd edib.
AzEdu.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib. Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.
Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.