9 yanvar 2023-cü il Dövlət İmtahan Mərkəzi beynəlxalq tərəfdaşı “ICDL Europe”la birlikdə “ICDL – The Path towards Certified Digital Skills” adlı vebinar keçirib.
AzEdu.az xəbər veri ki, vebinarın keçirilməsində məqsəd ICDL (International Computer Driving Licence – Kompüterdən İstifadəyə dair Beynəlxalq Lisenziya) kvalifikasiyalarının ölkədə tanınmasına töhfə vermək olub. Tədbirdə ICDL ilə maraqlanan müxtəlif ali təhsil müəssisələrinin müəllim heyəti və tələbələr olmaqla 40 nəfər iştirak edib.
Tədbirdə aşağıdakı mövzular haqqında məlumat verilib:
Vebinarın spikeri ICDL Avropanın Ukrayna və Qafqazda bazarın inkişafı üzrə baş meneceri Tom Scott-Redford imtahan kvalifikasiyaları barədə ətraflı məlumat verib, beynəlxalq tanınma, ICDL proqramları, əlçatan hazırlıq imkanları, nailiyyət yönümlü nəticələr və müddətsiz sertifikat kimi mövzular haqqında danışıb.
Sessiya zamanı DİM-in beynəlxalq imtahanlara vahid qeydiyyat platforması haqqında məlumat verilib və qeydiyyat prosesi izah edilib. Vebinar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Xatırladaq ki, DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.
ICDL 100-dən artıq ölkədə 17 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan rəqəmsal bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilərlər.