MİQ imtahanlarında 59 bal toplayıb və 204 nömrəli tam orta məktəbə qəbul olan Şəbnəm Kərimlinin bir neçə gün əvvəl məktəbə qəbul edilmədiyi ilə bağlı şikayəti olmuşdu.
AzEdu. az-a açıqlama verən Ş. Kərimli bildirib ki, artıq işə qəbul olunub:
“Təhsil Şöbəsinə məktubumu almağa getmişdim. Bildirdim ki, məktub olmasa direktor məni yenə götürməyəcək. Məni direktorla əlaqələndirdilər, o dedi ki, gəlsin. Dünən sənədlərimi verdim, cədvəlimi götürməmişəm. Direktor məni çox mehriban qarşıladı, özüm özümü günahkar hiss etdim ki, əvvəl bu qədər sərt danışandan sonra indi niyə belə danışdı. Məni təbrik etdi, ailəmizə, kollektivimizə xoş gəlmisən dedi. Dərs saatı öz saatım, 12 saat olacaq, amma bunu dəqiqliklə bilmirəm. Deyiblər təmin olunacaq. Ayın 14 –ü məktəbə getməliyəm.Təhsil Şöbəsinə gedəndə oradan direktorla əlaqələndirəndə o bildirdi ki, müəllimi qəbul edirəm. Bu dəfə direktorun yanına tək getmədim, qohumla getdim.Bizi mehriban qarşıladığına görə, hətta qohumum dedi ki, Şəbnəm sən düz danışırdın, dediklərin doğru idi? Arada mən günahkar çıxdım. Mən də hər halda yalan danışmırdım.”
Şikayətlə bağlı yazını aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz.