Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş cari ilin IX sinif şagirdləri nə zaman imtahan verəcəklər
AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı 14 may tarixində keçiriləcək.
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.