Azedu.az

Nazirdən  qəzaya düşən müəllimlərlə bağlı paylaşım

Maraqlı

13 Dekabr 2022, 14:11
Nazirdən  qəzaya düşən müəllimlərlə bağlı paylaşım
"Bu gün səhər saatlarında baş vermiş bədbəxt hadisə bizi dərindən kədərləndirdi".
 
 
AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev  bu gün baş vermiş qəza ilə baölı paylaşım edib:
 
 
"Bu gün səhər saatlarında baş vermiş bədbəxt hadisə bizi dərindən kədərləndirdiBakı-Quba yolunda Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimlərini daşıyan avtomobilin qəzaya düşməsi nəticəsində dünyasını dəyişmiş Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmova Allahdan rəhmət, xəsarət alan digər müəllimlərə şəfa diləyirəm".
 
 
Qeyd edək ki, bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər. Qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.
 
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox