Azedu.az

28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib  

Maraqlı

Müəllimlər və elm adamları

30 Noyabr 2022, 15:03
28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib  

Bu ilin noyabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

 

Prezident yanında Ali Attestasiya Komissiyasından AzEdu.az-a bildirilib ki, cari ayda 28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

 

Noyabr ayında 43 nəfərə fəlsəfə doktoru, 6 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 25 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.

 

Həmçinin noyabr ayı ərzində 22 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox