Azedu.az

Magistratura üzrə sınaq imtahanı nə zaman keçiriləcək?-DİM 

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Dekabr 2022, 16:47
Magistratura üzrə sınaq imtahanı nə zaman keçiriləcək?-DİM 

Bildiyiniz kimi,  2023-cü ildən etibarən magistraturaya qəbul imtahanlarında xarici dil üzrə 5 qrammatika sualı çıxardıldı, əvəzinə 5 mətn sualı əlavə edildi.

 

Bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur.

 


Bəs dekabr ayında magistratura üzrə sınaq imtahanın keçirilməsi nəzərdə tutulur?

 


AzEdu.az DİM-dən aldığı məlumata əsasən xəbər verir ki, hələlik magistratura  üzrə sınaq imtahanı nəzərdə tutulmur.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox