Azedu.az

Məktəblərdə tənəffüs vaxtı uzadılır?

Məktəblər

25 Noyabr 2022, 16:36
Məktəblərdə tənəffüs vaxtı uzadılır?

Tənəffüs vaxtlarının müəyyənləşdirilməsi məktəblərin ixtiyarına buraxılmalıdır.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

"Hesab edirəm ki, bu məsələdə məktəb və valideynlərin iştirakı ilə qərar qəbul edilməlidir. Buna etirazımız yoxdur. Tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin məktəbdə qalma müddətinin uzanması ilə bağlıdır. Çünki tənəffüs müddəti uzadılsa, avtomatik olaraq, ikinci növbədə oxuyan şagirdlər evə daha gec saatda gedəcəklər", - nazir bildirib.

 

Modern.az

İrandan Türkiyəyə ŞOK ZƏRBƏ-Ağır döyüşlər gedir
Son xəbərlərDaha çox