Azedu.az

Bunları etmədən dərs yükü problemini aradan qaldıra bilməyəcəyik-Nazirdən etiraf

Maraqlı

Elm və Təhsil Nazirliyi

26 Noyabr 2022, 16:35
Bunları etmədən dərs yükü problemini aradan qaldıra bilməyəcəyik-Nazirdən etiraf

 

 "Düşünürəm ki,dərsdə məzmunu çatdırmaq daha əsasdır ki,bu da müəllimə bağlıdır. Bizim getməli olduğumuz istiqamət inteqrativ təlim olmalıdır və bu istiqamətdə müəyyən işlər görülür".

 

AzEdu.az  xəbər verir ki,bunu Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinq zamanı səsləndirib.

 

Nazir dərs yükünün səbəbləri və bu peoblemin həll yollarından söz açıb:

 

"Müəllimlər əməkdaşlıq edərək şagirdin ünsiyyət bacarığının inkişafına çalışırlar. Amma biz əzbərlənməli, əvvəldən həlli məlum olan məsələlərin öyrədilməsinə diqqət edirik. Biz qiymətləndirməni,qəbul imtahanlarının sturukturunu dəyişdirmədən dərs yükü kimi problemləri aradan qaldıra bilməyəcəyik".

Rusiyadan ŞOK AÇIQLAMA - Türk birliyi dağıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox