"Elm elə bir sahədir ki, burada bir nəfər tapıb bütün günahları ona atmaq doğru deyil. Mövcud problem və çatışmazlıqların səbəbini aydınlaşdırıb, onun həllinə çalışmaz lazımdır".
AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında qeyd edib.
"Ölkəmizdə ilk ali təhsil müəssisələri XX əsrin əvvəllərində yaranmağa başlayıb. Ən qədim universitetimizin yaşı 100-dən bir az çoxdur. Hazırda insanlarımızın əksəriyyətinin babası, yaxud nənəsinin ali təhsilli olmayıb. Yəni ali təhsil bizdə ailə ənənəsi deyil. Amma hazırkı gənc nəsildə vəziyyət başqadır, ali təhsilə maraq yüksəkdir"-deyə, nazir söyləyib.