"Təəssüf ki, bizim təhsildən yazan jurnalistlər sadəcə operativlik meyarına əməl etməyə çalışırlar. Onlar yayılan informasiyanı dəqiqləşdirmədən, tez bir şəkildə işıqlandırmağa çalışırlar ".
AzEdu.az xəbər veirir ki, bu sözləri AzEdu təhsil portalının baş redaktoru Elmin Nuri AzTV- nin “45 dəqiqə”verlişində qeyd edib.
Elmin Nuri mediada təhsilin işıqlandırılmasını zamanı edilən səhvlərə misal çəkib:
“"MİQ imtahanı” anlayışı yoxdur. Müəllimlərin İşə Qəbulu üzrə müsaqibənin 4 mərhələsi var, onun sadəcə biri test imtahan mərhələsidir. Amma, təəssüf ki, mediamızda "MİQ imtahanı" ifadəsi səslənir. Biz hələ jurnalistlərimizi “müəllimə” sözündən çıxara bilmirik. Azərbaycanda peşələr cins kateqoriyasına görə dəyişmədiyi üçün xanım müəllimə “müəllimə” demək yanlışlıqdır. Amma nədənsə, hər dəfə elə bu cür yazırıq. Fikrimcə, təhsil jurnalistikasında peşəkarlıq prinsiplərinin formalaşması uzun müddət vaxt aparacaq.
Arzu edərdim ki, BDU və digər universitetlərdə ya magistratura səviyyəsində sırf "təhsil jurnalisti" ixtisası olsun, ya da bakalavr pilləsi zamanı xüsusi kurs olaraq təhsil jurnalistikası fənni tədris edilsin"-deyə o, bildirib.