Azedu.az

Buraxılış imtahanında aşağı nəticə göstərən şagirdə attestat verilməyəcək?-DƏQİQ CAVAB

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Noyabr 2022, 10:14
Buraxılış imtahanında aşağı nəticə göstərən şagirdə attestat verilməyəcək?-DƏQİQ CAVAB

 

 

Bildiyiniz kimi, bir qədər öncə 9 illik təhsil səviyyəsi  üzrə buraxılış imtahanında yeni imtahan modeli tətbiq olunacağı bildirilmişdi. Sonra isə  müzakirələr əsasında  dəyişikliyin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq ediləcəyi  elan olundu. 

 

Bu hadisələr şagirdlərdə buraxılış imtahanı ilə bağlı bəzi narahatlıqlar doğurub. Onlar aşağı bal topladıqları halda  attestat almayacaqlarından narahatdılar.

 

 

Bəs  buraxılış imtahanında aşağı nəticə göstərən şagird  IX sinif şagirdlərinə attestat verilirmi və onlar təhsillərini X sinifdə davam edə bilirlərmi?

 

 

AzEdu.az-ın  DİM-dən aldığı məlumata görə,  buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər. 

 

Qeyd edək ki, 2024-cü ildə dəyişikliyə əsasən, orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək.  

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox