Azedu.az

Bərdədə məktəb binasında YANĞIN-SÖNDÜRÜLDÜ

Məktəblər

15 Noyabr 2022, 08:54
Bərdədə məktəb binasında YANĞIN-SÖNDÜRÜLDÜ

Bərdə rayonunun Əyricə kəndində ümumi sahəsi 532 m² olan (hər mərtəbəsi 266 m²) ikimərtəbəli kənd tam orta məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

 

Bu barədə AzEdu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İrandan Türkiyəyə ŞOK ZƏRBƏ-Ağır döyüşlər gedir
Son xəbərlərDaha çox