“Azəristiliktəchizat” ASC sabahdan Bakıda və bir sıra bölgələrdə yerləşən təhsil müəssisələrinə istilik verəcək.
AzEdu.az xəbər verir ki, bu məqsədlə daha 538 qazanxana və 87 istilik məntəqəsi işə qoşulacaq.
Xatırladaq ki, 2005-2019-cu illərdə 400-dən artıq təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa edilib. Ümumilikdə, bu illər ərzində 2 700-dən artıq istilik təhcizatı layihəsi icra olunub. Bunun nəticəsindı bu gün Bakı və regionlarda 600-ə yaxın qazanxana istismar edilməklə 291 məktəb, 150 uşaq baxçası, istiliklə təmin edilir.