Türkiyənin Mardin əyalətindəki orta məktəblərdən birinin direktoru Mehmet Ali Demir yeni tədri ilinin başlanmasına az qaldığına görə məktəbin təmir bərpa işlərini öz öhdəsinə götürüb. O, işə məktəb dəhlizinin divarlarını boyamaqla başlayıb.
AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, maəktəb rəhbərinin buhərəkəti Türkiyədəki təhsil işçiləri tərəfindən təqdir olunub. Şagirdlərin valideynləri direktorun məktəb divarlarını boyamasını mobil telefon vasitəsilə lentə alıblar. Sosial şəbəkələrdə paylaşılan video izləyicilərin marağına səbəb olub.
Məktəb rəhbəri isə videonu öz sosial şəbəkə hesabında paylaşaraq “yeni tədris ilinə hazırıq. Hər şey övladlarımızın gələcəyi üçün” sözlərini yazıb.