Azedu.az

İntihara cəhd edən məktəb direktoru bu səbəblə işdən çıxarılıbmış-YENİLƏNİB

Maraqlı

Elm və Təhsil Nazirliyi

5 Noyabr 2022, 14:28
İntihara cəhd edən məktəb direktoru bu səbəblə işdən çıxarılıbmış-YENİLƏNİB

Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Qarayeva Mətanət Ələsgər qızının işdən azad edilməsinin səbəbi açıqlanıb.

 

Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a verilən məlumata əsasən, onunla bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 20 oktyabr 2022-ci il tarixdən ləğv edilib.

 

***

 

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva vəzifəsindən azad olunub.

 


Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib

 


Qeyd edək ki, bir müddət İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva 14 ədəd dərman həbi içərək özünü öldürmək istəyib. Bu qərarın səbəbilə bağlı isə məlumat verilməyib.

 

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox