Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qaliblərindən biri olan ''İnklüziv Powtoon animasiya festivalı'' layihəsinin rəhbəri Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi Əfsanə Qafarovadır.
Əfsanə Qafarova artıq 6 ildir ki pedaqoji fəaliyyətlə məşğul olan Əfsanə Qafarova Azedu.az-a açıqlamasında layihənin özəlliyi və onunla bağlı təəssüratlarını da bölüşüb:
“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi ''İnklüziv Powtoon animasiya festivalı'' layihəsinin əsas məqsədi şagirdlərdə diqqət yayınıqlığını aradan qaldırmaq, texnologiyadan uzaqlaşdırmadan incəsənətə olan maraqlarını üzə çıxarmaqdır.
Layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edəcək sağlamlığı məhdud olan şagirdlər və sağlam şagirdlər eyni təlim mühitində animasiya hazırlamağı öyrənəcəklər. Layihə çərçivəsində keçiriləcək psixoloji təlimlərdə isə şagirdlər öz fikirlərini sərbəst şəkildə izah etməyi heç bir məhdudiyyət olmadığını eyni təlim mühitində öyrəndiklərini tətbiq edərək sağlam psixoloji təlim mühitini təmin etmiş olacaqlar”.
''İnklüziv Powtoon animasiya festivalı '' layihəsində 9-12 yaş aralığında şagirdlər iştirak edəcəklər. Layihə Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbində, Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbində, Abşeron rayonu Qobu qəsəbə 1 nömrəli tam orta məktəbində keçiriləcək. Şagirdlərin seçimi çəkdikləri rəsmlər üzrə meyarlar əsasında qiymətləndirilicək. Şagirdlər layihə sayəsində öz ideyalarını animasiyaya çevirə biləcəklər. Hazırladıqları animasiyalar isə festivalda nümayiş etdirərək təltif olunacaqlar.