"Problemin özünü dərk etmədən, onun həlli barəsində fikir irəli sürmək çətin məsələdir".
Bunu AzEdu.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev deyib.
Bildiyiniz kimi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyətinin son iclasında akademiyanın əvvəlki nüfuzunu bərpa etmək, sabit elmi mühit yaratmaq kimi problemlərə toxunub.
Mövzu ilə bağlı akademik, kimya elmləri doktoru Dilqəm Tağıyev fikirlərini AzEdu.az-la bölüşüb:
"Problemin düzgün qoyuluşu sadəcə onun əlli faizini təşkil edir. Problemin özünü dərk etmədən, onun həlli barəsində fikir irəli sürmək çətin məsələdir. Amma problem qaldırılıbsa, bu istiqamətində lazımi tədbirlər görüləcək.
D.Tağıyev akademiya və rəyasət heyətinin işçilərinin İsa Həbibbəyliyə dəstək olmasının vacibliyini vurğulayıb:
“AMEA-da hazırda ictimai-humanitar sahəsində fəaliyyət göstərən institutlar qalıb. Onlar da bilavasitə İsa Həbibbəyliyə yaxın olan sahələrdir. İsa Həbibbəyli doqquz ilə yaxın müddətdə AMEA-da vitse-president vəzifəsini icra edib. Bu zaman kuratorluq vəzifəsi ona tapşırıb”.
“Ona görə də AMEA prezidenti bu məsələləri yaxşı bilir və problemlərin öhdəsindən gələcəkdir. Akademiya və Rəyasət heyətinin işçilərinin İsa Həbibbəyliyə dəstək olması vacibdir" - deyə, o bildirib
Murad Əliyev