İstər təhsil, istərsə də bir çox mövzularda hazırda Cənubi Koreya insanları maraqlandıran əsas ölkələrdəndir.
Bu ölkə digər sahələrlə yanaşı, təhsildə qazandığı uğurlarla da dünyanın diqqətini daim özündə saxlamağı bacarır.
AzEdu.az Cənubi Koreya təhsil sistemini təqdim edir.
Böyük naliyyətlərə sahib tələbə və şagirdlər yetişdirən Cənubi Koreya təhsil sistemi olduqca çətindir. Şagirdlər gündə 12-16 saat dərslə məşğul olur. Məktəbdən sonra gedilən hagwon adlandırılan fərdi hazırlıqlarla birdlikdə demək olar ki, bütün günlərini tamamilə dərslərə ayırırlar. Cənubi Koreya təhsil sistemi test nəticələrini əsas götürür və məqsədyönlüdür.Bu səbəblə şagirdlər diqqətlərini nə öyrəndiklərinə deyil, daha çox nəticəyə cəmləşdirirlər. Ölkədə universitet diplomu olmayan şəxslərə daha çox yad, ikinci dərəcəli vətədaş kimi davranırlar.
Bu ölkədə uşaqlara ibtidai təhsilə başlamadan öncə mütləq müxtəlif peyvəndlər vurulmalıdır
Cənubi Koreyada məktəbəqədər təhsilin məcburi olmamasına baxmayaraq uşaqların 95%-i bağçaya göndərilir. Ölkəəd çox sayda dövlət bağçalarının mövcud olmasına baxmayaraq son 10 ildə özəl bağçaların sayı sürətlə artıb. Bununla yanaşı ölkədə 3-5 yaş arası uşaqlar üçün yarım gün müddətində ödənişsiz təhsil verən bağçalar da var. 6 yaşına çatan hər bir Cənubi Koreyalı şagirdin ibtidai təhsilə başlaması məcburidir. Bu zaman valideynə övladının hansı məktəbə getməsi ilə bağlı məktub göndərilir. Valideyn əgər övladının evdə təhsil almasını yaxud özəl məktəbə getməsini istəyirsə bu məsələ ilə bağlı məsul şəxslərə ərizə göndərməlidir. Eyni zamanda ibtidai təhsilə başlamadan öncə mütləq şagirdlərə şəkildə bir neçə peyvənd vurulmalıdır.
Cənubi Koreyada ibtidai təhsil 6 il davam edir
İbtidai təhsil dövlət tərəfindən ödənişsiz şəkildə verilir və 6 il davam edir. İbtidai təhsilin ilk iki ilində şagirdlərə Koreya dili, riyaziyyat və həyat bilgisi kimi fənlər tədris edilir. Üçüncü sinifdən etibarən isə həftədə bir və ya iki saat ingilis dili, elmi məlumatlar, sosial məlumatlar, əxlaq normaları və musiqi kimi fənlər keçirilir.
Aşağı qiymət almaq şagirdlərdə depressiyaya səbəb olur
Cənubi Koreya təhsil sistemində şagirdlər ümumi-orta təhsilə 12 yaşında başlayır və 15 yaşında bitirirlər. Ümumi-orta təhsil səviyyəsi ödənişsiz və məcburidir. Bu mərhələdəki tədris planı riyaziyyat, Koreya dili, İngilis dili, sosial məlumatlar, elm, incəsənət və bədən tərbiyəsi kimi fənlərdən ibarətdir. Eyni zamanda ibtidai təhsildə olduğu kimi bu səviyyədə də əxlaq normaları keçilir.Ümumi – orta təhsil səviyyəsində şagirdlərin üzərindəki məsuliyyət artır və aşağı qiymət almaq onlarda depressiyaya səbəb olur.
Tam orta təhsil səviyyəsində şagirdlər təhsilini hansı istiqamətdə davam etdirəcəklərini özləri seçir
Ölkədə tam orta təhsil səviyyəsi 15-18 aralığını əhatə edir. Bu səviyyədə şagirdlərin təhsil alması məcburi olmasa da, təhsil ödənişlidir. Cənubi Koreya təhsil sistemində şagirdlər üçün bir neçə fərqli təklif təqdim edilir. Məsələn, şagirdlər xarici dil, incəsənət və ya musiqi fənləri ilə bağlı daha ixtisaslaşmış bir məktəbdə təhsil almağı seçə bilərlər. Ancaq burada çox ciddi rəqabətlə qarşılaşacaqlar və məktəbə yazılmaq üçün imtahan verməlidirlər. Bununla yanaşı şagirdlər məsafənin ev ünvanına uyğun olaraq tənzimləndiyi ümumi bir məktəbə də gedə bilərlər. Əlavə olaraq ixtisasyönümlü təhsil verən ixtisaslaşmış peşə təhsili müəssisələri də müxtəlif sektorlara peşəkar işçi yetişdirmək üçün xidmət göstərir.
Azərbaycan və digər ölkələrdən fərqli olaraq burada şagirdlər məktəbdən məzun olmaq üçün imtahan vermirlər.
Cənubi Koreya təhsil sistemində şagirdlər məktəbdən məzun olmaq üçün hər hansı bir imtahan vermirlər. Ancaq universitetə qəbul olmaq istəyən şagirdlər son dərəcə çətin bir imtahan olan College Scholastic Ability Test(CSAT) imtahanı verməldirilər. Şagirdlərin əksəriyyəti bu imtahanda yaxşı nəticə əldə etmək üçün ciddi şəkildə fərdi hazırlıqla məşğul olur. 2013-cü ildə qəbul edilən qanuna əsasən, peşə təhsil müəssisələrini bitirənləri universitetə yönəltmək və qəbulunu asanlaşdırmaq məqsədi ilə bu imtahanda iştirakın könüllü olmasına qərar verildi.
Cənubi Koreya təhsil sisteminin bir sıra fərqli cəhətləri mövcuddur
Cənubi Koreyada tədris ili ərzində məktəblərdə ümumi olaraq iki ay yarım tətil olur
Koreyada tədris ili mart ayında başlayır və fevral ayında bitir. Tədris ilinin ilk yarısı mart- iyul ayları arasında davam edir və 1 aylıq yay tətili verilir. İkinci yarısı sentyabr – fevral ayları arasında davam edir. Bu aralıqda dekabr ayının ortasında başlayıb yanvar ayının sonuna kimi davam edən bir ay yarımdan ibarət qış tətili verilir.
Məktəblərdə dərs saatları fərqli şəkildə tənzimlənir
Bir şagirdin məktəbdə keçirdiyi zaman təhsil səviyyəsinə bağlı olaraq dəyişir. İbtidai təhsil səviyyəsində oxuyan şagirdlər dərsə 08:00 –da başlayır və 13:00-da bitir. Ümumi-orta və tam orta təhsil səviyyələrində təhsil alan şagirdlər 08:00 və 16:30 aralığında məktəbdə olur. Dəsrlərin müddəti 45 dəqiqə, tənəffüslərin müddəti 10 dəqiqədir. Dərslərdəki ilk 30 dəqiqə şagirdlərin özləri ilə məşğul olmalarıüçün ayrılır. Bu müddətdə müəllim şagirdlərə nəzarət edi.