Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.
AzEdu.az xəbər verir ki, yeni qaydalara əsasən aşağıdakı hallar qayda pozuntusu hesab edilir
1-ci səviyyə qayda pozuntuları
1-ci səviyyə Yüngül səviyyəli qayda pozuntularına aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır).
● üzrsüz səbəbdən dərsə gecikmək.
● şəxsi gigiyena, məktəbli forması və xarici görünüşlə bağlı qaydalara əməl etməmək.
● ümumi təhsil müəssisəsi binasının koridorlarında qaçmaq.
● lazımi dərslik və ləvazimatları dərsə gətirməmək.
● dərslərdə diqqətsiz olmaq, səs-küy salmaq və dərsi pozmaq; dəhlizlərdə səs-küy salmaq.
● ev tapşırığını yerinə yetirməmək və ya natamam yerinə yetirmək.
● ev tapşırığını vaxtında təhvil verməmək.
● sinif otağı və ya təlim məkanını təmiz və səliqəli saxlamamaq.
● şagird yoldaşlarına və böyüklərə qarşı nəzakətsiz davranmaq.
● müəllimin icazəsi olmadan sinif otağı və ya təlim məkanını tərk etmək (münaqişəyə yol vermədən).
● məktəb heyəti üzvlərinin müvafiq təlimatlarına əməl etməmək (münaqişəyə yol vermədən).
● müəyyən edilmiş zaman və ya məkan xaricində yemək və içmək.
● qadağan olunmuş əşyaları məktəbə gətirmək (məsələn, təsbeh, ağıllı telefon,planşet və s.).
● saqqız çeynəmək.
Orta səviyyəli qayda pozuntuları
2-ci səviyyə qayda pozuntularına aşağıdakılar daxildir (1-ci səviyyədəki qayda pozuntularının təkrarlanması daxil olmaqla) (lakin bunlarla məhdudlaşmır).
● 1-ci səviyyədə olan qayda pozuntularını davamlı təkrarlamaq və xəbərdarlıqları nəzərə almamaq.
● yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək.
● dərs, toplantı və ya tədbirdən yayınmaq (məsələn, şagird məktəbdədir, ancaq müvafiq məkanda deyil).
● təhlükəsizlik qaydalarını pozmaq (məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək və ya laboratoriya, idman zalı, kompüter otağının təhlükəsizlik qaydalarını pozmaq).
● qadağan olunmuş (təhlükəsiz olan) ərazidə olmaq.
● sinif otağı və ya sinif otağından kənarda nizamı pozmaq.
● heç kimə ünvanlanmamış qeyri-etik ifadələr işlətmək.
● ekskursiya zamanı nəqliyyatda səs-küy salmaq və ya nizamı pozmaq.
● dərsdən sonra məktəbdə saxlanılma prosesində iştirak etməmək və ya saxlanılma müddətinin sonuna qədər iştirak etməmək.
● başqasına emosional/fiziki zərər vuran ehtiyatsız hərəkət və ya davranışa yol vermək.
● sinif və ya ev tapşırığını köçürmək və ya tapşırığın köçürülməsinə şərait yaratmaq.
● məktəbdaxili qiymətləndirmə qaydalarını pozmaq.
B Qayda pozuntularının səviyyələri
● dərslik, internet və ya digər mənbələrdən plagiatlıq.
● alqı-satqı, əşyaların dəyişdirilməsi və qumar oyunlarında iştirak etmək.
Ciddi və ağır qayda pozuntuları
3-5-ci səviyyə qayda pozuntularına aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):
● 1-ci və 2-ci səviyyələrdə olan qayda pozuntularını davamlı təkrarlamaq və xəbərdarlıqları nəzərə almamaq.
● məktəbdən yayınmaq (tədris müddəti ərzində məktəb ərazisindən kənarda olmaq).
● qadağan olunmuş təhlükəli ərazidə olmaq (məsələn, məktəbin damında və ya elektrikotağında və sair).
● ehtiyatsızlıqdan özünü və ya başqa birini təhlükəyə atmaq (qəsdən olarsa S 4-5).
● yanğın təhlükəsizlik siqnalını qəsdən işə salmaq.
● nizamı pozan davranışa təkrar yol vermək və ya ciddi şəkildə nizamı pozan davranışa yol vermək (qəsdən başqasına xəsarət yetirərsə S 4-5).
● şəxsə ünvanlanmış cinsi, irqi və ya digər məzmunlu təhqiramiz, qeyri-etik ifadələrdən istifadə etmək (S 4-5).
● başqalarına qarşı qeyri-etik şəkildə davranmaq.
● qarşı açıq-aşkar hörmətsizlik etmək (S 4-5).
● başqasının əşyasını və ya məktəb əmlakını oğurlamaq (S 4-5).
● başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq (S 4-5).
● tütün məmulatlarını (elektron siqaret daxil olmaqla) məktəbə gətirmək və ya istifadə etmək.
● hər hansı təhlükəli əşyanı məktəbə gətirmək (S 4-5).
● əsl silahla imitasiya edən hər hansı əşyanı məktəbə gətirmək.
● təhdidedici davranış nümayiş etdirmək.
● zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq (S 4-5).
● fiziki, cinsi, verbal, mənəvi və kiber qısnama (S 4-5).
● şagird yoldaşları və böyüklər haqqında şəxsi məlumatların məxfiliyinə xələl gətirmək.
● qeyri-etik, təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq (S 4-5).
● məxfilik hüquqları və məktəb nüfuzu ilə bağlı qaydaları pozmaq.
● qeyri-etik fiziki təmas.
● başqasının nüfuzuna və rifahına xələl gətirmək məqsədilə qəsdən yalan danışmaq.
● imtahanın şəffaflığına ciddi şəkildə xələl gətirmək.
● məktəb sənədlərini və məlumatlarını dəyişdirmək və ya saxtalaşdırmaq (S 4-5).
● təyin edilən intizam tədbirinin tələblərini yerinə yetirməmək və buna cidd-cəhdlə etiraz etmək.
Aşağıdakı qayda pozuntuları birbaşa 5-ci səviyyə hesab olunur: Çox ağır davranış pozuntuları
● Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmətsizlik etmək.
● qəsdən ciddi fiziki zərərə səbəb olan zorakılıq etmək.
● cinsi zorakılıq etmək.
● təhlükəsizlik qaydalarını ciddi xəsarət və ya ölümə səbəb ola biləcək şəkildə pozmaq.
● ekskursiya zamanı nəqliyyatın təhlükəsizliyini riskə atan davranış nümayiş etdirmək.
● başqalarının əşyalarına və ya məktəb əmlakına qəsdən ziyan vurmaq.
4 Əgər davranış təkrarlanarsa, böyük məbləğdə pul və ya qiymətli əşya mübadiləsi baş verərsə, qayda pozuntusu 3-5-ci səviyyə hesab olunur.
● qanunsuz dərman vasitələri və əşyaları ümumi təhsil müəssisəsinə gətirmək, istifadə etmək və ya satmaq.
● məxfilik hüquqlarını ciddi şəkildə pozmaq; məktəbin, eyni zamanda digər şagirdlərin və böyüklərin nüfuzuna ciddi şəkildə xələl gətirmək.
● ümumi təhsil müəssisəsinə silah və ya ciddi təhlükə yaradan digər qadağan olunmuş əşyalar gətirmək.
● akademik nəticələri saxtalaşdırmaq, habelə bu məqsədlə məktəb heyətinin üzv və ya üzvlərinə pul, hədiyyə, xidmət və ya hər hansı digər maddi nemət təklif etmək (şagird və ya onun ailəsi tərəfindən).
● qeyri-etik, ağır təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq.