İstənilən bir iş sahəsində vaxt əksər hallarda həll edici faktor rolunu oynayır. Məktəblərdə dərsə ayrılan vaxt müəyyən olsa da, bu müddətin hamısı tədrisə sərf olunmur. Bu cəhətdən də ilk olaraq sinifdə vaxt düzgün idarə olunmalıdır.
AzEdu.az sinifdə vaxtın düzgün idarə olunması üçün tövsiyyələri sizə təqdim edir
Planlaşdırma
Müəllim əvvəlcədən dərs zamanı nə edəcəyi planlaşdırmalıdır. Bu planlaşdırma isə 3 yerə bölünür:
1 bütün ili və ya semestri əhatə edən uzunmüddətli planlar
2 həftəni və ya ayı əhatə edən orta müddətli planlar
3 bir və ya iki dərs saatını əhatə edən qısamüddətli planlar
Uzunmüddətli planlar müəllimlərə tədris planını nəzərdən keçirməyə imkan verir. Orta və qısamüddətli planlar sinifdə ediləcək fəaliyyətlərin müəyyənləşdirir. Bu planlar vaxtdan istifadə edilməsi baxımından daha təsirli olur. Bir fəaliyyətin gözləniləndən əvvəl bitməsi və ya uzadılması müəllimlərin tez-tez qarşılaşdıqları vəziyyətlərdir. Hər iki halda da müəllimin ikinci bir planı olmalıdır.
Tapşırıq vermək
Şagirdlər çox vaxt tapşırıqları tam olaraq dinləmədiyinə görə, müəllim dəfələrlə izah etmək məcburiyyətində qalır. Bu isə həm enerji, həm də vaxt itkisidir. Digər tərəfdən, bəzi şagirdlər müəllimin dediklərinə tam qulaq asmadan tapşırığa başlayırlar. Tapşırıq verərkən əvvəlcə görüləcək işləri izah edilməlidir. Tapşırıqların lövhədə qeyd edilməsi şagirdlərin dəfələrlə soruşmanın qarşısını alacaqdır.
Dəvamiyyətin yoxlanması
Dərs başlayan kimi, ağla gələn ilk şey davamiyyətin yoxlanması və ev tapşırıqlarına nəzarətdir. Davamiyyətini izləmək qanuni bir öhdəlikdir. İlk dərsdən sonra dərsə gəlməyən şagirdlər haqqında mümkün qədər tez məktəb rəhbərliyinə məlumat verilməlidir. Tələbələrin sayını və adlarını bir-bir oxumaq bir az vaxt itkisinə səbəb olsa da, ola biləcək mənfi halların qarşısını alır.
Sinif qaydalarını yaradılması
Sinifdəki gündəlik qaydalar vaxt idarəçiliyinin əsasını təşkil edir. Bunlar demək olar ki, hər dərsdə təkrarlanan proseslərdir. İlk dərs günündən sinif qaydalarını yaradın və həmin qaydaları pozacaqları halda bunun nə ilə nəticələnəcəyindən şagirdləri xəbərdar edin.
Son olaraq qeyd ədək ki , müəllimlər dərsin sonuna 5 dəqiqəlik vaxt ayırmalıdır ki “ bu gün nə öyrəndik ? “ sualını şagirdlərə ünvanlayıb maraqlı söhbət edə bilsin .