17 oktyabr saat 11-də şagird yerdəyişməsi prosesinə start verilib.
AzEdu.az xəbər verir ki, şagird yerdəyişməsi //sy.edu.az elektron sistemi vasitəsilə aparılır.
Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir.