“Qadağaların tətbiqi valideynlərlə razılıq əsasında həyata keçiriləcək, o razı qalmasa digər qurumlara müraciət edə bilər”.
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev Təhsil TV-nin “Təhsil masası” verilişində deyib.
O, intizam şuralarının fəaliyyətindən bəhs edib:
”Nizam-İntizam Şurasının 5-7 üzvü olacaq, onlar müəllim, məktəb rəhbərliyi və valideynlərdən təşkil olunacaq Şura müxtəlif dərəcəli pozuntular zamanı toplanılacaq. Şagirdin polisə göndərilməsi zamanı mütləq şəkildə şura toplanmalıdır. Qaydalar çərçivə sənədi əsasında formalaşacaq”.