“Davranış pozuntusu edən şagird psixoloqa yönləndiriləcək”.
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev Təhsil TV-nin “Təhsil masası”verilişində deyib.
“Nizam-İntizam Şurası davranışlarla bağlı qərarlar verəcək, valideynlər bu şuraya dəvət ediləcək. Sarı, narıncı və qırmızı xəbərdarlıqlarda 5-ci dərəcəli pozuntu edən şagird, burada ən ağır situasiya hesab edilir, onunla bağlı hüquqi prosedur başlanır. Bu halda yerli icra hakimiyyəti orqanı da prosesə cəlb olunacaq”.