“Təhsilin ümumi fonunu daha çox məişət xarakterli qalmaqallar, qeybət əsaslı məlumatları təşkil edir”.
AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsi zamanı səsləndirib.
O, son zamanlar mediada təhsillə bağlı verilən neqativ xəbərlərə münasibət bildirib:
”Bir çox hallarda əsası olmayan məlumatlar paylaşılır. Ümumi fon daha çox məişət xarakterli qalmaqallar, qeybət əsaslı məlumatları təşkil edir. Elm və Təhsil Nazirliyi qeybət və dedi-qodunun bir hissəsi olmaq istəmir, həmçinin, bunu faydalı hesab etmir. Media vasitəsi ilə təhsil xəbərlərini açdıqda neqativ halları müşahidə edirik. Biz onların gizlədilməsinin tərəfdarı deyilik. 1990 və 2000-ci illərdə müəllim hazırlığı praktikası zəif olduğu üçün peşəkarlığı zəif olan müəllimlərlə məktəbdə fəaliyyətə başlayıb. Bu, da həmin hadisələrə yol açıb, belə dedi-qodu xarakterli məlumatların olması bizim cəmiyyətlə dialoqumuza mənfi təsir edir. Bu məsələlərlə bağlı millət vəkilləri və media nümayəndələri ilə çox maraqlı söhbətlərimiz olur. Bunu da davam etdirməyə çalışırıq”.