Azedu.az

Dünya Disleksiya Fərqindəlik Günü Bakıda qeyd edilib

Bağçalar

11 Oktyabr 2022, 17:32
Dünya Disleksiya Fərqindəlik Günü Bakıda qeyd edilib

8 Oktyabr Dünya Disleksiya Fərqindəlik Günü ilə əlaqədar Azərbaycanda TM Uşaq İnkişaf Mərkəzi və Disleksiya Mərkəzi TM-in təşəbbüsü ilə Disleksiya Fərqindəlik Günü tədbiri keçirilib. 300 nəfərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 


Tədbirdə uşaq nevroloqu, klinik psixoloq, uşaq psixoloqu çıxış edərək, öz sahələri üzrə disleksiyadan geniş məlumat veriblər. Məruzə və çıxışlardan sonra maraq doğuran suallar ətraflı cavablandırılıb, disleksiyaya dair hədiyyələr təqdim edilib.
Qeyd edək ki, disleksiya beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir.

 

 

 

 

 

 

 

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox